Paşinyan “hakimiyyət varisləri” sualına övladlarının adını çəkdi

Paşinyan “hakimiyyət varisləri” sualına övladlarının adını çəkdi

Paşinyan “hakimiyyət varisləri” sualına övladlarının adını çəkdi

Paşinyan “hakimiyyət varisləri” ilə bağlı suala övladlarının adlarını çəkib.

Polemika.az erməni mediasına istinadla xəbər verir ki, bu gün Ermənistan parlamentində sual-cavab zamanı verilən son sual iclas zalında böyük səs-küyə səbəb olub“Hakimiyyət varisiniz kim olacaq” sualı yenidən Paşinyanı qəzəbləndirib və o, Mirzoyanı tribunaya yaxınlaşmağa qoymayıb.

“Ermənistan” fraksiyasının deputatı Aqnessa Xamoyan xarici işlər naziri Ararat Mirzoyana sual verib:

“Cənab Mirzoyan, siz xarici işlər naziri təyin olunanda Nikol Paşinyan sizi təqdim edərkən dedi ki, siz məsuliyyəti bölüşməlisiniz. Əvvəlki sual və cavablardan başlayaraq, deyəsən, təkcə məsuliyyəti bölüşmürsüz. Bu gün məsələn, Nikol Paşinyan əvəzinə Lukaşenkoya cavab verdiniz, Nikol Paşinyan Türkiyəyə gedəcək, ya yox sualına cavab verdiniz. Sualların çoxunu cavablandırdığınızı qeyd etmişəm və məndə belə təəssürat yaranıb ki, siz təkcə Nikol Paşinyanla məsuliyyəti bölüşmürsünüz, həm də davranışlarınızla sübut edirsiniz ki, pərdəarxası Paşinyan sizi hakimiyyət varisi roluna hazırlayır, bu, reallıqdan o qədər də uzaq deyil. Nikol Paşinyanın varisi kimi bu tribunadan təkcə Lukaşenkoya deyil, Əliyevin istehzalı bəyanatlarına da cavab verməyə hazırsınızmı?”

Müxalifətçi deputatın mikrofonu söndürülüb və o, sualı tamamlaya bilməyib. XİN rəhbərinin əvəzinə Nikol Paşinyan kürsüyə yaxınlaşaraq qəzəblə Xamoyana cavab verib. O, varis kimi övladlarının adlarını çəkib./Konkret.az

Paşinyan “hakimiyyət varisləri” sualına övladlarının adını çəkdi