“Paşinyan güclənib, sülh müqaviləsi üçün cəsarətli iradə nümayiş etdirib”

“Paşinyan güclənib, sülh müqaviləsi üçün cəsarətli iradə nümayiş etdirib”

“Paşinyan güclənib, sülh müqaviləsi üçün cəsarətli iradə nümayiş etdirib”

“Bu gün Türkiyə və Ermənistanın xüsusi nümayəndələri arasında danışıqların birinci raundu baş tutacaq”.

Bu sözləri Polemika.az-a açıqlamasında ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib. Onun sözlərinə görə, danışıqlar sadəcə bir prosesdir:

“Bu, bir neçə qarşılaşmada özünü göstərir. Bir çox görüşlər hətta illərlə davam edə bilər. Təbii ki, danışıqların ilk günündə heç bir vəd ola bilməz. Çünki danışıqlar belə getmir. Beləliklə, danışıqların birinci raundu, tonu və əhval-ruhiyyəni təyin etməklə yanaşı ümumi məqsədləri müəyyən etməkdir. Hər tərəf bunun arxasındadır. 

Daha sonra, danışıqların bir neçə başqa raundları ərzində tərəflər mahiyyətcə, qarşı tərəfə onların istədiyi şeyi vermək müqabilində güzəşt yolunu tapır. Beləliklə, bu bir müddət davam etməli olan prosesdir. Hesab edirəm ki, bu prosesin sonunda Türkiyə ilə Ermənistan arasında sərhəd açıla bilər”.

Eks səfir 2009-cu il protokollarına da toxunub: “Həqiqətən də 2009-cu ildə iki ölkə Türkiyə və Ermənistan “Diplomatik protokollar” adlı saziş şəklində sərhədlərini açmağa razılaşmışdılar. Bu müqavilənin heç vaxt bağlanmamasının və sərhədlərin açılmasına gətirib çıxarmamasının səbəbi o idi ki, Azərbaycan Ermənistanla üçtərəfli münasibətlərin yenilənməsinə və Dağlıq Qarabağ münaqişəsi həll olunmadan sərhədlərin açılmasına etiraz edirdi. 

İndi Azərbaycan tərəfi və Prezident İlham Əliyev Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına və Ermənistanla Azərbaycan arasında davamlı sülhün təməlinin qoyulması üçün sərhədin açılmasına tərəfdardır. 

Bu davamlı sülh, Prezidentlər İlham Əliyev və Vladimir Putinlə yanaşı Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladığı bəyanatın yekun bəndində göstərildiyi kimi, regionda bütün nəqliyyat marşrutlarının yenidən açılmasının nəticəsi olacaq. Ona görə də hesab edirəm ki, Azərbaycan, Türkiyə, eləcə də, Ermənistan tərəfinin cavabı budur ki, hamı istəyir Türkiyə-Ermənistan münasibətləri normallaşsın. Ona görə də zaman keçdikcə Türkiyə-Ermənistan sərhədinin açılacağını düşünürəm”.

“Hazırda Ermənistanda bu prosesin əleyhdarları var. Bunlar Nikol Paşinyanın rəqibləridir. Amma mən hesab edirəm ki, son aylarda, xüsusən də ötən ilin iyununda Ermənistanda keçirilən parlament seçkilərindən sonra Paşinyan rəqiblərindən xeyli güclənib və Türkiyə ilə irəliləmək, münasibətləri yaxşılaşdırmaq və normallaşdırmaq, Azərbaycanla Ermənistan arasında sərhədi müəyyən etmək, eləcə də, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlara başlamaq üçün cəsarətli iradə nümayiş etdirib”, - deyə müsahibimiz yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

“Paşinyan güclənib, sülh müqaviləsi üçün cəsarətli iradə nümayiş etdirib”