Özünü FHN əməkdaşı kimi təqdim edərək Türkiyədə mükafat alan şəxs Azərbaycanda axtarışdadır
Özünü FHN əməkdaşı kimi təqdim edərək Türkiyədə mükafat alan şəxs Azərbaycanda axtarışdadır
Türkiyədə özünü Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edərək Marmaris bələdiyyəsi tərəfindən mükafatlandırılan Rasim Əhmədli Azərbaycanda axtarışdadır.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.
Məlumata görə, Rasim Əhmədli Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışa verilib.
Hazırda o, axtarışdadır.