“Özümü Putinin yerinə qoyub düşünürdüm ki...” – Sərdar Cəlaloğlu

“Özümü Putinin yerinə qoyub düşünürdüm ki...” – Sərdar Cəlaloğlu

“Özümü Putinin yerinə qoyub düşünürdüm ki...” – Sərdar Cəlaloğlu

Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlunun Polemika.az-a müsahibəsi.

- Sərdar bəy, Rusiyanın Ukraynaya hücum edəcəyini gözləyirdinizmi?

- Mən bu məsələni əvvəlcədən təhlil etmişdim və Rusiyaya ağır nəticələr verəcəyini bilirdim. Özümü Putinin yerinə qoyub düşünürdüm ki, müharibəyə getmək olmaz.

Slavyan xalqları arasında heç vaxt düşmənçilik düzəlməyəcək. Rusiyanın uzunmüddətli konqresə cəlb olunması, iqtisadi sanksiyalar Rusiyanı dünya ictimaiyyətinin inkşafından geri salacaq.

Burada Rusiya əlehinə xeyli addımlar var. Düşünürdüm ki, bunları nəzərə alaraq Ukraynaya hücum etməzlər. Lakin Putinin bu qədər şovinist, avtoritar düşüncəyə malik olduğu ağlıma gəlmirdi.

- Müharibə 10 gündür davam edir. Ukraynanın bu qədər dirəniş göstərə biləcəyini düşünürdünüz?

- Putinin ən böyük səhvi Ukraynanın bir hissəsinin dünya görüşü ilə bağlı oldu. Ukraynada əhali iki yerə bölünür. İlk növbədə 1939-cu ildə SSRİ-nin tərkibinə daxil edilən  Qərbi Ukrayna əhalisi. Onlar Avropa həyat tərzini gördükləri üçün ruslara qarşı böyük nifrətləri var. Milli qürur hissi, özlərini dərk etmə çox güclüdür. Lakin Şərqi Ukrayna ruslaşdırılıb. Putin isə ruslaşdırılan Şərqi Ukrayna üzərində siyasət apardı. Düşünmədi ki, vətən, torpaq zərbə altında qalacağı təqdirdə hamı patriota çevriləcək. Əgər müharibə olmasa idi Putin dinc yolla Ukraynanı daha yaxşı ələ keçirə bilərdi.

Putinin bu addımı ilə bütün Ukrayna öz vətəninin patriotuna çevrilib və rusa düşmən olaraq silahlanıblar. Rusiya-Ukrayna müharibəsi SSRİ-nin dağılmasına səbəb olan Əfqanıstan müharibəsi ilə eynidir.

- Bəzi politoloqlar Rusiya-Ukrayna müharibəsinin ildırım sürətli olacağını düşünürdülər. Hətta ABŞ kəşfiyyatı müharibəyə 48-72 saat vaxt vermişdi. Lakin müharibənin 10-cu günüdür. Nə vaxta qədər davam edə bilər?

- Rusiya gedib Kiyevi də tuta bilər. Lakin bu o demək deyil ki, Rusiya Ukraynanı işğal etdi. Kiyevi tutsa belə əlində necə saxlayacaq, əsas məsələ budur. Ukraynada yaşayanların qardaşı, anası, atası ölüb heç kəs bu cinayəti ruslara bağışlamayacaq. Hər hansısa hakimiyyətin gəlib rus siyasəti aparacağı təqdirdə, Ukrayna xalqı həmin hakimiyyəti devirəcək. Ukraynanın meşələri, çölləri ruslar üçün qəbiristanlıq olacaq. Gedib hansısa xalqın torpağını  işğal etmək asan deyil.

Mehri QURBAN 

“Özümü Putinin yerinə qoyub düşünürdüm ki...” – Sərdar Cəlaloğlu