Overçuk yenidən İrəvana gəldi

Overçuk yenidən İrəvana gəldi

Overçuk yenidən İrəvana gəldi

Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk İrəvana işgüzar səfərə gəlib.

Polemika.az "Armenpress"ə istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanın ofisi məlumat verib.

Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və Rusiya Baş nazirinin müavini Aleksey Overçuk ilə görüşdə “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru, Direktorlar Şurasının sədri Oleq Belozyorov və Rusiya Federasiyasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkin də iştirak ediblər.

Tərəflər Rusiya-Ermənistan ikitərəfli münasibətlərinin gündəliyində duran məsələləri, o cümlədən ticarət-iqtisadi əməkdaşlığı müzakirə ediblər. Hər iki tərəf “Cənubi Qafqaz Dəmir Yolu Şirkəti”nin Ermənistan iqtisadiyyatı üçün mühüm rolunu vurğulayıb, konsessiya sazişi çərçivəsində şirkətlə əməkdaşlığın gələcək inkişafı ilə bağlı bir sıra məsələlər müzakirə edilib.

Görüş zamanı, həmçinin Ermənistan Respublikası, Rusiya Federasiyası və Azərbaycan Respublikası Baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupun gündəliyindəki məsələlərə, o cümlədən Azərbaycanla nəqliyyat kommunikasiyalarının bərpası perspektivlərinə toxunulub.

Overçuk yenidən İrəvana gəldi