“Nərmin işi”ndə şahidlər ifadə verdi: “İlkinlə qərara gəldik ki, hadisə anını...”

“Nərmin işi”ndə şahidlər ifadə verdi: “İlkinlə qərara gəldik ki, hadisə anını...”

“Nərmin işi”ndə şahidlər ifadə verdi: “İlkinlə qərara gəldik ki, hadisə anını...”

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində azyaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Polemika.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində İlkin Süleymanovun qonşuları ifadə verib.

İlkin Süleymanovun qonşusu Nazim Vəliyev bildirib ki, meyit onun hasarına bitişik hissədə yandırılıb: "Mən həmin vaxt evdə idim. İlkin Süleymanov bizim qapını döydü və dedi ki, orada cəsəd yanır. Dərhal İlkinlə birlikdə meyit yanan yerə getdik. İlkin zəng vurub polisdə işləyən əmisi oğlunu çağırdı ki, bu barədə polisə məlumat versin. O da polisə məlumat verdi. Biz İlkinlə qərara gəldik ki, hadisə anını telefona çəkək, gələcəkdə istintaqa lazım ola bilər. Telefonla çəkdik və mən evdən bel gətirdim, İlkin və əmisi oğlu isə su gətirdilər. Evdən bel gətirənə qədər İlkinlə əmisi oğlu meyitin qarın hissəsinə qədər olan yeri söndürmüşdü".

Digər şahid, İlkin Süleymanovun qonşusu Mahir Orucov isə bildirib ki, həmin gün evdə olub: “Yoldaşım həyətdən gəldi dedi ki, küçəyə polislər gəlib. Küçəyə çıxanda bildim ki, bizim küçədə meyit yanıdırblar. Polislər meyitə 15 metr qalmış lentdən sipər çəkmişdilər. Yaxına heç kimi buraxmırdılar”.

Proses martın 30-da davam etdiriləcək.

 

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ. Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib./APA

“Nərmin işi”ndə şahidlər ifadə verdi: “İlkinlə qərara gəldik ki, hadisə anını...”