Nazir: "Gürcüstan “3+3” formatında iştirak etməyəcək"

Nazir: "Gürcüstan “3+3” formatında iştirak etməyəcək"

Nazir: "Gürcüstan “3+3” formatında iştirak etməyəcək"

Rəsmi Tbilisi Cənubi Qafqazda vəziyyətin Rusiya ilə birgə nizamlanması üzrə “altılıq platforması” təşəbbüsündə iştirak etməyəcək.

Polemika.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani parlamentdə “Nazir saatı” formatında çıxışı zamanı bildirib.

O, artıq belə regional əməkdaşlıq mexanizminin yaradılmasının təşəbbüskarı olan Bakı və Ankaraya ölkəsinin mövqeyini açıqlayıb: “Biz Rusiya ilə geosiyasi layihədə iştirak edə bilmərik”.

Zalkaliani vurğulayıb ki, qonşu ölkələrlə balanslaşdırılmış münasibətlər Gürcüstanın xarici siyasətinin prioritetidir. Onin sözlərinə görə, Tbilisi Ermənistan-Azərbaycan sərhədindəki münaqişə zonasında humanitar yüklərin maneəsiz daşınmasına şərait yaradıb.

"Bölgədə baş verən eskalasiyaya görə biz münaqişə ilə bağlı açıq şəkildə balanslaşdırılmış siyasət aparmışıq. Hərbi yüklərin daşınmasına və tranzit daşınmasına dərhal reaksiya verilib. Bu, müəyyən mənada deeskalasiyaya töhfə verib".

Zalkaliani əlavə edib ki, Gürcüstanın hər iki qonşu ilə fəal təmasları da çox vacib idi.

Bundan əvvəl Zalkaliani ölkə təmsilçilərinin Rusiya ilə birgə Qarabağla bağlı “3+3” formatında iştirakının çətin olacağını da bəyan etmişdi. Eyni zamanda o, böyük geosiyasi layihələrdə dövlətin təmsil olunmasının vacibliyini qeyd edib.

“3+3” platforması Cənubi Qafqazın üç oyunçusunun – Azərbaycan, Ermənistan və Gürcüstanın nüfuzlu qonşuları – Türkiyə, Rusiya və İranla müharibədən sonrakı regional əməkdaşlığını təmsil edir. Bu formatın əsas məqsədi Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin qarşısının alınmasıdır.

Nazir: "Gürcüstan “3+3” formatında iştirak etməyəcək"