"Narkotik maddələrə, oğru dünyasına marağı olmayan adamlarda həvəs oyadırlar"

"Narkotik maddələrə, oğru dünyasına marağı olmayan adamlarda həvəs oyadırlar"

"Narkotik maddələrə, oğru dünyasına marağı olmayan adamlarda həvəs oyadırlar"

Narkotik istifadəçilərinin sayının artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Problemin kökündə dayanan səbəbləri araşdıran mütəxəssislər KİV-ləri təqsirləndirmədən çəkinmirlər. Onların fikrincə, bu mövzuda senzurasız yazan jurnalistlər narkotik vasitələrin adlarının populyarlaşdır. Hətta “patı”, “şüşə”, “kokos”, heroin, “spays” kimi narkotik maddələrin jurnalistlərin sayəsində “məşhurlaşdığını” iddia edənlər də az deyil.

Mövzu ilə bağlı Polemika.az-a danışan media eksperti Qulu Məhərrəmli bildirib ki, mediada bu tip mövzulara həssaslıqla yanaşmaq vacibdir:

“Bu məsələdə 2 məqam var: birincisi, narkotiklərlə bağlı bu yazıları hansı məqsədlə dərc edilir, yəni cəmiyyətin narkotiklə bağlı problem var, həyəcan təbili çalan yazılar yazıla bilər. İkincisi, kriminal xəbərlərin dərcidir və müəyyən sayda bu, məqbul sayılır.

Bəzən bu tip xəbərlər elə cazibədar formada verilir, nəticədə narkotik maddələrə, oğru dünyasına marağı olmayan adamlar da buna maraq göstərməyə başlayır.

Ümumiyyətlə, medianın missiyası ondan ibarətdir ki, sosial problem kimi narkotik vasitələrin satışına, narkomanların sayının artmasına diqqət yönəldilsin. Amma media buna qarşı sosial cəbhə aça bilirmi? Yazıların məqsədi nədən ibarətdir? Mənə elə gəlir ki, bu mövzuda hər şey peşəkarlığa söykənir.

Əlbəttə, bu xəbərləri bəlli bir ölçüdə verməliyik, amma müəyyən nüanslara diqqət yetirilməlidir, çünki gənclər, xüsusən də yeniyetmələr üçün bu mövzular həssasdır. Bu olmazsa, xəbər xatirinə verilən yazılar qəbulolunmazdır”.

Q.Məhərrəmlinin sözlərinə görə, xəbər başlıqlarına oxunma xatirinə narkotik vasitələrin adını çıxarmaq qeyri-peşəkarlıqdır:  

“Xüsusən yeni platformalarda sosial media marketinqi deyilən anlayış var. Çoxları bunu yanlış başa düşür. Elə bilirlər ki, hər cür başlıq qoyub diqqəti cəlb edə biləcəklər. Görünür, bəziləri bu prinsipi əsas götürüb. Yəni yanaşma səhvdir, daha uğurlu bir şey tapmayanda belə əllaməlik edirlər”.

Əsmətxanım 

"Narkotik maddələrə, oğru dünyasına marağı olmayan adamlarda həvəs oyadırlar"