Mətbuat katibi istefa verdi

Mətbuat katibi istefa verdi

Mətbuat katibi istefa verdi

Bakı Dövlət Universitetinin mətbuat katibi Günel İsgəndər vəzifəsindən ayrılıb.

Polemika.az xəbər verir ki, o bu barədə "Facebook" səhifəsində paylaşım edib.

"Karyeramın son iki ilini həsr etdiyim Bakı Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri vəzifəsindən öz istəyimlə ayrıldım. Maraqlı, məsuliyyətli və məhsuldar təcrübə idi. Bundan sonrakı fəaliyyətimi BDU-nun tarixi muzeyinin müdiri və Jurnalistika fakültəsinin müəllimi kimi davam etdirəcəyəm.

Mənə göstərilən etimada görə Universitet rəhbərliyinə təşəkkür edirəm. Bu işdə məndən dəstəyini əsirgəməyən - müəllimlərimə, iş yoldaşlarıma, həmkar dostlarıma sonsuz minnətdarlığımı bildirirəm. Bu vəzifəyə təyin olunacaq həmkarıma uğurlar arzu edirəm".

Mətbuat katibi istefa verdi