"Məni futbol yox, ölkəmin taleyi düşündürür" - Şevçenko

"Məni futbol yox, ölkəmin taleyi düşündürür"

"Məni futbol yox, ölkəmin taleyi düşündürür" - Şevçenko

"Mənim üçün artıq futbol yoxdur. Yalnız ölkəmi düşünürəm". 

Polemika.az xəbər verir ki, bu sözləri ukraynalı mütəxəssis Andrey Şevçenko "Sky Sports"a açıqlamasında deyib. O, ölkəsinə kömək etməyə çalışdığını söyləyib:

"Kiyev meri Vitali Kliçko ön xətdədir. Biz hər gün ünsiyyətdə oluruq, məni vəziyyət barədə məlumatlandırır. Bütün idmançılar birləşiblər. Danışır, informasiya mübadiləsi edir, ölkəmizə kömək etməyə çalışırıq. Bir çox insan xeyriyyə məqsədilə pul toplamaqdan ötrü zəng edir".

Şevçenko hazırda heç bir idman növü üzrə yarışları izləmədiyini və ölkəsinə kömək etməyə kökləndiyini vurğulayıb. İngiltərənin paytaxtı Londonda yaşayan sabiq hücumçu Ukraynada baş verənləri valideynləri və dostlarından öyrəndiyini dilə gətirib.

O, dünyadan, xüsusən, Böyük Britaniyadan kömək istəyib: "Xahiş edirik, maddi yardım edin. Bu barədə Kliçko da danışıb. Bizə dərmanlar, ərzaqlar lazımdır. Hər cür dəstəyə ehtiyacımız var. Hər bir ukraynalının dünyadan dəstək hiss etməsi vacibdir. Bu, bizə çox lazımdır. Sizi Ukraynada hamı eşidir. Onlar sizin dəstəyinizi hiss edirlər. Bəli, Britaniya hökuməti kifayət qədər iş görür. Amma biz daha çoxunu xahiş edirik. İdman dünyanı dəyişmək üçün inanılmaz gücə malikdir. "Everton"un Vitali Mikolenkonu, "Mançester Siti"nin isə Aleksandr Zinçenkonu dəstəkləməsi inanılmaz idi".

Qeyd edək ki, fevralın 24-dən etibarən Rusiya və Ukrayna arasında müharibə davam edir. (qol.az)

"Məni futbol yox, ölkəmin taleyi düşündürür" - Şevçenko