Məktəbli formasında dərsə gəlmək məcburidir, kurtka ilə oturmaq zəruri...

Məktəbli formasında dərsə gəlmək məcburidir, kurtka ilə oturmaq zəruri...

Məktəbli formasında dərsə gəlmək məcburidir, kurtka ilə oturmaq zəruri...

Dözün balalar, dözün...

Ekspertlərdən biri ilə "pandemiya zamanı tədris prosesi düzgün təşkil edildimi, hansı addımlar atılsa düzgün olardı" - deyə söhbətləşdiyimiz zaman misal çəkdi ki, "Avropada tədris müəssisələri tələbələri xüsusi planşetlərlə təmin edir. Hansı ki, tədris olunan xüsusi proqramlar yüklənmiş olur, bu zaman onlar heç bir çətinlik çəkmir". 

Təbii ki, bunun Azərbaycanda da təşkil olunması bir az gülünc səslənir. Pandemiya zamanı onlayn tədris zamanı şagirdlərin əksəriyyətinin internet və texnologiya əlçatanlığı olmadığı üçün çətinlik çəkdi. Bir sözlə desək onlayn təhsil kor-koranə yola verildi.

Dünən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva açıqlama verdi ki, 15-ə yaxın məktəbdə istilik problemi davam edir.

Bu göstəricinin daha çox olduğuna əminəm. İstiliyin olmaması həm ciddi problem, həm də gülünc məsələdir. İllərlə fəaliyyət göstərən məktəbin, direktorundan tut tələbəsinə kimi şikayətçidir ki, "İstilik problemi həll edilməyib. Soyuqdur, dərs zamanı kurtka ilə otururuq". Deməli, məktəbli geyimi almaq və bu geyimdə məktəbə gəlmək məcburidir. Lakin istilik yoxdursa, kurtka ilə otura bilərsiniz. 

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov dünən lap şou adamları kimi "sensasiya"lı status yazaraq, "Bu gün Azərbaycan təhsil tarixində çox mühüm hadisə ilə yadda qalacaq. Bizi izləyin" - deyə, açıqlama verdi. Bir an həqiqətən inandım ki, yəgin ki ciddi bir iş görüləcək...

Mühüm hadisəyə bax da sən Allah. Tələbələrə təhsil krediti veriləcəkmiş...

"Yetimə gəl-gəl deyən çox olar, çörək verən az"

Təhsil ekperti Elçin Əfəndi Polemika.az-a açıqlama verdi ki,  “Faktiki olaraq ölkədə 126 min nəfərdən çox tələbə olsa da, cəmi 56 min nəfərə kreditlərin verilməsi nəzərdə tutulur. Təxminən 70 min nəfər bu qərardan kənarda qalır”. 

Yəni 126 min tələbədən 56 min nəfərə təhsil haqqını ödəməsi üçün kredit verilməsi nəzərdə tutulub. Bu, heç yarısı belə demək deyil. Qiyabi tələbələrə isə şamil belə edilmir. Ümumiyyətlə, hələ yararlanmaq istəyən tələbələrdən hansı tələbləri olacaq zaman göstərər...

Təhsilnən bağlı çox şey danışmaq olar, amma təhsildən danışmağa sözümüz yoxdur.

Rufina Ali

Məktəbli formasında dərsə gəlmək məcburidir, kurtka ilə oturmaq zəruri...