“Müharibə mövzusunda ciddi ədəbi nümunələrə rast gəlinmədi” - Şərif Ağayar

“Müharibə mövzusunda ciddi ədəbi nümunələrə rast gəlinmədi”

“Müharibə mövzusunda ciddi ədəbi nümunələrə rast gəlinmədi” - Şərif Ağayar

Şuşa şəhərinin işğaldan azad edilməsinin 1 ili tamam olur.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilib. 

Şuşanın işğaldan azad edildiyi gün - 8 Noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.

Tarixi qələbəmizdən 1 il ötür. Xalqımız müzəffər ordumuzun zəfər qələbəsini böyük sevinc hissi ilə qeyd edir. Çünki 44 gün ərzində igid oğullarımızla yanaşı, xalqımız birlik və həmrəyliyini bütün dünyaya nümayiş etdirdilər. Bu qələbədə haqqı olan heç bir kəs unudulmayacaq və unudulmamalıdır da. Çünki azad olunan torpaqlarımızın hər qarışında yüzlərlə igidlərini qanı var.

Tarixi anılarımızı bizdən sonrakı nəsillərə ötürmək üçün filmlər çəkilib, əsərlər yaradılmalıdır.

Maraqlıdır, 44 günlük müharibə Azərbaycan ədəbiyyatına necə təsir etdi?

Müharibəni işıqlandırmaq üçün hansı əsərlər yaradılmalıdır?

Yazıçı Şərif AğayarPolemika.az-a açıqlamasında deyib ki, müharibə həmişə ədəbiyyatda üç əsas mövzudan biri olub:

“Müharibə ədəbiyyat üçün həmişə üç əsas mövzudan biri olub. Ədəbiyyatda demək olar ki, bütün mövzular sevgidən, müharibədən, qayıdışdan ibarətdir. Ancaq düşünürəm ki, qələbə daxili kompleksimizi dəyişdi. Məğlubiyyət kompleksi böyük hisslər, duyğular insanı yaşamağa, müharibə mövzusu ilə rahat rəftar etməyə qoymurdu. İlk növbədə o aradan qalxacaq”.

Şərif Ağayarın sözlərinə görə, artıq yazıçılar özünü qalib ölkənin vətəndaşı kimi hiss edəcək:

“Yazıçı özünü qalib ölkənin vətəndaşı kimi hiss edəcək. Necə ki, Rusiya, Türkiyə taleyüklü müharibələrdən qalib çıxdı. Həmin kompleks olmadı və rahat müharibə mövzusu ilə davranmağa başladılar. Qələbə ilk növbədə ədəbiyyata yazıçının əminliyini, rahatlığını verəcək. Çünki çiynimizdən məğlubiyyət kompleksi yükü qaldırıldı”.

Yazıçı qeyd edib ki, ciddi ədəbiyyat nümunələrinin yaradılmasına illər lazımdır:

“Ədəbiyyat bir az səbrlidir. Bir il ərzində belə bir hesabat göstəricisi ola bilməz. Təbii ki, müəyyən şairlər ritorik qələbə mövzuları yazırlar. Yazmalıdırlar da. Lakin ciddi ədəbiyyat nümunələrinə rast gəlinmədi. Çünki o tip əsərlərin ərsəyə gəlməsinə illər lazımdır”.

Nəzrin Vahid 

“Müharibə mövzusunda ciddi ədəbi nümunələrə rast gəlinmədi” - Şərif Ağayar