Millini bir idmançı təmsil edəcək
Millini bir idmançı təmsil edəcək
Noyabrın 18-də Bakıda start götürəcək batut gimnastikası üzrə Dünya Çempionatında Azərbaycan millisi bir idmançı ilə təmsil olunacaq.
Polemika.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
4 gün davam edəcək yarışda yalnız Mixail Malkin iştirak edəcək.
Milli Gimnastika Arenasında keçiriləcək Dünya Çempionatına 33 ölkədən 300-dək gimnast qatılacaq.
Bakıda ilk dəfə təşkil olunacaq yarış batut gimnastikası üzrə 35-ci mundialdır.