“Meta” 2 milyon dollar cərimələndi

“Meta” 2 milyon dollar cərimələndi

“Meta” 2 milyon dollar cərimələndi

Əvvəlki adı "Facebook" olan "Meta" şirkəti cərimələnib.

Polemika.az xarici mediaya istinadən xəbər verir ki, qərarı Braziliyanın San-Paulo İstehlakçı Hüquqlarının Müdafiəsi İdarəsi verib.

Cəriməyə səbəb kimi oktyabrın 4-də "Facebook", "WhatsApp" və "Instagram" sosial şəbəkələrinin çökməsi göstərilib. Baş vermiş problemə görə 337 mindən çox istifadəçi tətbiqlərdən yararlana bilməyib. İdarə şirkəti 2 milyon dollar (təxminən 3 milyon 389 min manat) məbləğində cərimələyib.

 

“Meta” 2 milyon dollar cərimələndi