Mehdiyev dünən niyə istefa vermədi? - RƏSMİ

Mehdiyev dünən niyə istefa vermədi? - RƏSMİ

Mehdiyev dünən niyə istefa vermədi? - RƏSMİ

Bir neçə gündür xəbər saytlarında fevralın 8-i AMEA-nın Rəyasət Heyətinin iclasının keçiriləcəyi və qurumun prezidenti Ramiz Mehdiyevin istefa verəcəyi ilə bağlı məlumatlar yazılır.

“Polemika.az” xəbər verir ki, bu barədə Axar.az-ın sorğusuna AMEA-nın İnformasiya şöbəsindən verilən açıqlamada deyilib ki, yayılan bütün xəbərlər dezinformasiyadır:

“Fevralın 8-i Rəyasət Heyətinin iclasının keçirilməsi ilə bağlı qərar olmayıb. Belə bir toplantı olmayacaq. Saytlar özləri bu cür məlumatlar yazırlar. Bizim tərəfimizdən rəsmi olaraq iclas keçiriləcəyi və ya təxirə salınması barədə informasiya verilməyib. Ramiz Mehdiyevin istefa verəcəyi ilə bağlı məlumat da dezinformasiyadır. Belə bir şey yoxdur”, - açıqlamada bildirilib.

Mehdiyev dünən niyə istefa vermədi? - RƏSMİ