"Marsel" - "Qarabağ" oyununu 20 min azarkeş izləyəcək

"Marsel" - "Qarabağ" oyununu 20 min azarkeş izləyəcək

"Marsel" - "Qarabağ" oyununu 20 min azarkeş izləyəcək

Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək "Marsel" - "Qarabağ" oyununu tribunadan təxminən 20 min azarkeşin izləyəcəyi gözlənilir.

Polemika.az xəbər verir ki, hazırda sözügedən görüş üçün 15 min bilet satılıb və oyun gününə kimi bu rəqəmin 20 min olacağı gözlənilir.

Nəşr bilet satışının azlığını məktəblərdə tətillərin başlaması, qarşılaşmanın pulsuz yayımı və elə də tanınmayan kluba qarşı oyunda biletlərin həddindən artıq baha olması ilə əlaqələndirib.

Xatırladaq ki, fevralın 17-də Fransada keçiriləcək "Marsel" - "Qarabağ" görüşü yerli vaxtla saat 21.00-da (Bakı vaxtı ilə saat 00:00) başlanacaq. Cavab görüşü fevralın 24-də Bakıda olacaq.

"Marsel" - "Qarabağ" oyununu 20 min azarkeş izləyəcək