Kürdə suyun səviyyəsi yenə azalıb

Kürdə suyun səviyyəsi yenə azalıb

Kürdə suyun səviyyəsi yenə azalıb

Fevralın 12-də Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı və Kiçik Qafqazın ərazisindən axan Kürəkçayın Çaykənd məntəqələrində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Zəyəmçayın Ağbaşlar məntəqəsində suyun səviyyəsi 2, Gəncəçayın Zurnabad məntəqəsində isə 1 santimetr artıb. Lənkəran-Astara bölgəsindən axan Lənkərançayın Sifidor və Təngərüdçayın Vaqo məntəqələrində suyun səviyyəsində 3, Viləşçayın Şıxlar məntəqəsində isə 1 santimetr azalma müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Polemika.az-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 132 kubmetr/saniyə qeydə alınır ki, bu da ongünlük normanın 77 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 3 faiz çoxdur.

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 1 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 24,5 kubmetr qeydə alınır ki, bu da ongünlük normanın 35 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 8 faiz azdır.

Kür-Surra məntəqəsində suyun səviyyəsi 1 santimetr azalaraq 285 santimetr, su sərfi isə 61 kubmetr/saniyə olub. Kür-Şirvanda suyun səviyyəsi 4 santimetr azalaraq 109, Kür-Bankədə 7 santimetr azalaraq 112, Araz-Novruzluda isə 2 santimetr artaraq 59 santimetr olub.

Kürdə suyun səviyyəsi yenə azalıb