Koronavirusdan ölənlərin sayı 5 milyonu keçdi
Koronavirusdan ölənlərin sayı 5 milyonu keçdi
Dünyada koronavirusdan ölənlərin sayı 5 milyon nəfəri keçib.
Polemika.az xəbər verir ki, bu barədə pandemiyanın statistikasını aparan “Worldometer” saytı məlumat yayıb.
Son sutkada dünya üzrə 7 min 883 nəfər infeksiya səbəbindən vəfat edib.
Ümumilikdə koronavirusdan 5 milyon 854 ölüm halı qeydə alınıb. İnfeksiyaya yoluxanları sayı 246 milyon 564 min nəfəri ötüb.