Koronavirus xəstələri aramızda: 15 nəfər evə göndərildi

Koronavirus xəstələri aramızda: 15 nəfər evə göndərildi

Koronavirus xəstələri aramızda: 15 nəfər evə göndərildi

Dekabrın 11-də və 12-də polis əməkdaşları tərəfindən respublika ərazisində 15 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar. 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Polemika.az-a verilən məlumatda bildirilib.

Polis əməkdaşları "COVID-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb.

Tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 3 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Koronavirus xəstələri aramızda: 15 nəfər evə göndərildi