Kiyev yaxınlığına atılan raketlər havadaca məhv edildi

Kiyev yaxınlığına atılan raketlər havadaca məhv edildi

Kiyev yaxınlığına atılan raketlər havadaca məhv edildi

Kiyevdən 35 km cənub-şərqdə yerləşən Borispol üzərində düşmənin üç raketindən ikisi vurulub.

Polemika.az xəbər verir ki, bu barədə Borispol şəhərinin meri Vladimir Borisenko Feysbuk hesabında məlumat yayıb.

“Əməliyyat məlumatı: həqiqətən də üzərimizdən 3 raket uçdu, onlardan ikisi hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edildi”, - Borisenko vurğulayıb.

Borisenko üçüncü raketin hərbi hissəyə düşdüyünü də qeyd edib.

Borisenko raket hücumu zamanı ölənlərin və ya yaralıların olub-olmadığı barədə məlumat verməyib.

Qeyd edək ki, daha öncə Ukrayna Baş Qərargahı məlumatında rusların Brovarski və Borispol rayonları vasitəsilə Kiyevin şərq kənarlarına çıxış üçün taktiki üstünlük təmin etməyə çalışdıqları bildirilmişdi./Axar.az

Kiyev yaxınlığına atılan raketlər havadaca məhv edildi