"Kayrat-Qarabağ" matçını Mutyan idarə edəcək

"Kayrat-Qarabağ" matçını Mutyan idarə edəcək

"Kayrat-Qarabağ" matçını Mutyan idarə edəcək

Konfrans Liqasının qrup mərhələsinin 4-cü turunda keçiriləcək "Kayrat" - "Qarabağ" oyunu üçün hakim təyinatları açıqlanıb.

Polemika.az UEFA-ya istinadən xəbər verir ki, matçı Moldova Futbol Federasiyasından Dumitri Muntyan idarə edəcək.

Muntyana Andrey Bodyan və Viktor Mardari köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Vyaceslav Banari yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 4-də Almatı şəhərindəki "Ortalık" stadionunda keçiriləcək "Kayrat" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Mehri Qurban 

 

 

"Kayrat-Qarabağ" matçını Mutyan idarə edəcək