İmtahan verəcək bu şəxslər ödənişdən azaddırlar - DİM

İmtahan verəcək bu şəxslər ödənişdən azaddırlar - DİM

İmtahan verəcək bu şəxslər ödənişdən azaddırlar - DİM

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün ilk dəfə müraciət edən şəxslərdən hər hansı bir ödəniş tələb olunmur.

Polemika.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin mətbuatla iş şöbəsinin müdiri Xanlar Xanlarzadə həmin şəxslərin ödənişinin dövlət büdcəsi hesabına həyata keçirildiyini bildirib.

Hazırda 11-ci sinifdə təhsil alanlar, yaxud ümumi təhsil müəssisələrindən əvvəlki illərdə məzun olanlar ilk dəfədir sənəd qəbulunda iştirak edirlərsə, onlar ödənişdən azaddırlar.

Qeyd edək ki, Azərbaycanın ərazi bütovlüyünü müdafiə edərkən əlilliyi müəyyən edilən şəxslərin övladları, şəhid ailəsi üzvləri, məcburi köçkün statusuna malik olan şəxslər, valideynini itirmiş, yaxud valideyn himayəsindən məhrum olan şəxslər, I və II qrup əlilliyi olanlar, eyni zamanda sağlamlıq imkanları məhdud olan 18 yaşına çatmamış şəxslər bir neçə dəfə sənəd qəbulunda iştirak etməklərindən asılı olmayaraq birbaşa ödənişdən azaddırlar.

Nəzrin Vahid  

İmtahan verəcək bu şəxslər ödənişdən azaddırlar - DİM