İmişlidə “Şaqman” aşdı, xəsarət alan var

İmişlidə “Şaqman” aşdı, xəsarət alan var

İmişlidə “Şaqman” aşdı, xəsarət alan var

İmişlidə yük maşınının aşması nəticəsində bir nəfər xəsarət alıb.

Polemika.az xəbər verir ki, hadisə rayonun Bəhrəmtəpə yolunda qeydə alınıb. Belə ki, 1964-cü il təvəllüdlü Allahverdiyev Zaur Mətləb oğlu sükanı arxasında olduğu “Şaqman” yük maşını anidən idarəetmədən çıxıb və yolun kənarına aşıb.

Qəza nəticəsində yük maşının sürücüsü kəllə-beyin travması alıb. O, İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./Report

İmişlidə “Şaqman” aşdı, xəsarət alan var