İlham Əliyevin doğum günündə Xırdalanda 3 park istifadəyə verildi 

İlham Əliyevin doğum günündə Xırdalanda 3 park istifadəyə verildi 

İlham Əliyevin doğum günündə Xırdalanda 3 park istifadəyə verildi 

24 dekabr Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günü ilə əlaqədar Xırdalan şəhərində əsaslı şəkildə yenidən qurulmuş 3 istirahət parkı sakinlərin istifadəsinə verilib.

Polemika.az xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova parklarda yaradılan şəraitlə tanış olmaq məqsədi ilə əraziyə baxış keçirib. RİH başçısına bildirilib ki, Xırdalan şəhəri Heydər Əliyev pospektində yerləşən “Ana və uşaq Parkı”nda əsaslı şəkildə abadlıq işləri aparılıb. Ümumi sahəsi 4917 kv.m olan parka ümumilikdə 1650 kv.m  kermoqranit vurulub, 2200 kv.m qazon döşənib və suvarma sistemi çəkilib. Parkın ərazisinə 66 ədəd işıq dirəyi quraşdırılıb, 9 ədəd idman qurğusu, 27 ədəd oturacaq və 45 ədəd zibil qutusu qoyulub. Əraziyə ümumilikdə 1067 kv.m asfalt örtüyü döşənib.

Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsindəki “1941- 1945 Müharibəsi Abidəsi”nin yerləşdiyi park da əsaslı şəkildə yenidən qurulub. Ümumi sahəsi 5854 kv.m olan parkın ərazisinə 1560 kv.m kermoqranit vurulub, 4294  kv.m qazon döşənib və suvarma sistemi çəkilib. Qeyd olunan parka 65 işıq dirəyi quraşdırılıb,16 ədəd oturacaq və 30 ədəd zibil qutusu qoyulub.  

Bundan əlavə Xırdalan şəhəri Heydər Əliyev pospektində yerləşən “Əlillər binası”nın qarşısında istirahət guşəsi yaradılıb. Belə ki, ümumi sahəsi 3170 kv.m olan istirahət guşəsinə 830 kv.m kermoqranit vurulub,1950  kv.m qazon döşənib və suvarma sistemi çəkilib. Parkın ərazisinə 590 p/m bardyur düzülüb, 35 ədəd işıq dirəyi quraşdırılıb 35 ədəd zibil qutusu qoyulub. Əraziyə ümumilikdə 390 kv.m asfalt örtüyü döşənib. 

Qeyd edilib ki, hər 3 parkda sakinlərin dincəlməsi, uşaqların oynaması, gənclərin asudə vaxtlarını səmərəli keçirməsi və yaşlı insanların dincəlməsi üçün bütün lazimi şərait yaradılıb. 

Bundan əlavə Xırdalan şəhərində həyata keçirən genişmiqyaslı abadlıq-quruculuq işləri barəsində də məlumat verilib. Qeyd edilib ki, cari ildə şəhərin 16 küçə və prospekti yenidən qurularaq asfalt örütüyü çəkilib. Daha 3 küçədə isə əsaslı şəkildə təmir işləri aparılıb. 2022-ci ildə daha bir neçə küçənin asfaltlanması həyata keçiriləcək. 

Xırdalan şəhərinin küçələrinin işqlandırılması istiqamətində də böyük işlər görülüb. Belə ki, Heydər Əliyev Prospektindəki işıq dirəkləri yenisi ilə əvəzlənib. Ümumilikdə əraziyə 89 yeni və müasir standartlara cvavab verən dirək quraşdırılıb. 4200 p/m uzunluğunda kabel xətti çəkilib. 

Daha sonra Xırdalan sakinləri ilə görüşən İ.Gülməmmədova onların problemləri və arzuları ilə maraqlanıb. Sakinlər Xırdalan şəhərində həyata keçirilən abadlıq-quruculuq tədbirlərinə, küçələrin asfaltlanmasına və parkların yenidən qurulmasına görə cənab Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər. 

İlham Əliyevin doğum günündə Xırdalanda 3 park istifadəyə verildi