“İkiüzlü Qərb türk silahlarının Ukraynadakı uğurlarına görə öyünməyə başlayıb”

“İkiüzlü Qərb türk silahlarının Ukraynadakı uğurlarına görə öyünməyə başlayıb”

“İkiüzlü Qərb türk silahlarının Ukraynadakı uğurlarına görə öyünməyə başlayıb”

“Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün istifadə etdiyi “Bayraktar TB2” pilotsuz uçuş aparatlarını qınayan Avropa Birliyi və Amerika Birləşmiş Ştatları, bu gün yüz səksən dərəcə mövqelərini dəyişərək türk silahlarının Ukraynadakı uğurlarına görə öyünməyə başlayıb”.

Polemika.az xəbər verir ki, Türkiyənin ölkəmizdəki sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

H.Kılıç Qərbin ikiüzlü siyasətinə diqqət çəkib:  

“Yəni məsələ Azərbaycana gələndə buna qarşı çıxırlar, parçalanan qanadlarını belə vermək istəmədilər, buna qarşı bir embarqo var idi. Amma bu gün Ukraynada bu silahlardan istifadə edilir. Dolayısıyla Avropanın, Qərbin ikiüzlülüyünü görürük. Bir daha şahidi olduq ki, otuz il işğal altında qalan Azərbaycan torpaqlarıyla bağlı danışmayan, Birləşmiş Millətlərin qətnamələrini icra etməyən Qərb türk silahlarına qarşı çıxmışdı. Amma bu gün Ukrayna türk silahları sayəsində Rusiyaya qarşı böyük bir uğur göstərir və bununla bağlı yüksək fikir səsləndirirlər”./Moderator.az

“İkiüzlü Qərb türk silahlarının Ukraynadakı uğurlarına görə öyünməyə başlayıb”