"Heç olmasa rus əsgərlərinin cəsədlərini yığın, itlər yeyir" - Rusiyalı senatordan tələb

"Heç olmasa rus əsgərlərinin cəsədlərini yığın, itlər yeyir" - Rusiyalı senatordan tələb

"Heç olmasa rus əsgərlərinin cəsədlərini yığın, itlər yeyir" - Rusiyalı senatordan tələb

"Rusiya hakimiyyəti ölən rus əsgərlərini cəsədlərini çıxarmaq niyyətində deyil".

Polemika.az xəbər verir ki, bunu “Dojd” telekanalının efirində rusiyalı senator Lyudmila Narusova deyib.

Siyasətçi bildirib ki, o, Rusiya Federasiyasının Qərb Hərbi Dairəsinin qərargahına zəng edərək ölülərin çıxarılması üçün dəhlizin razılaşdırılması təklifi ilə çıxış edib.

"Axı onları basdırmırlar, vəhşi, sahibsiz itlər meyitləri didir, bəzilərini yanıb deyə, tanımaq olmur. Bu, hansı müharibə qanunları ilə mümkündür?! 1941-ci ildə cəbhəyə gedən atam deyirdi ki, hər döyüşdən sonra, ilk növbədə, cəsədlərin toplanılır.

Sadəcə danışmağa gücüm çatmır. Özümü müharibə tərəfdarı olan hakimiyyət nümayəndələri ilə eyniləşdirmirəm.Onların nə etdiklərini özləri də bilmir. Onlar əmrə əməl edir və nə etdiklərini əsla düşünmürlər”, - deyə Narusova qeyd edib.

O əlavə edib ki, hərbi peşədən uzaq olan adam belə başa düşür ki, bu qədər davam edən gərgin döyüşlərin heç bir itkinin yoxluğu qeyri-mümüknüdür.

Senatorun sözlərinə görə, Rusiya Əsgər Anaları Komitəsi Ukraynaya çağırılan uşaqlarla əlaqəsi kəsmiş anaların zəngləri və məktubları ilə doludur.

Narusova bildirib: "Onların itirəcəkləri heç nə yoxdur, onlara ən azı məlumat verəcək nəsə axtarırlar. Oğullarının fotoşəkillərini görüblər, buna görə də Komitə ilə əlaqə saxlamağa başlayıb və öyrəniblər  ki, kimsə tutulub, kimsə ölüb. Amma məsələ ondadır ki, heç olmasa ölənlərin cəsədləri toplanılmalıdır”.

Она рассказала, что в России введена военная цензура на информацию о войне РФ с Украиной.

Senator qeyd edib ki, Rusiya Federasiyası ilə Ukrayna arasında müharibə haqqında məlumatlara görə Rusiyada hərbi senzura tətbiq edilib.

Narusova onu da əlavə edib ki, qurbanların olmaması barədə təbliğat aparan Rusiya dövlət kanalları daim saxta məlumatlar, o cümlədən “çarmıxa çəkilmiş oğlan” haqqında saxta məlumat yaymaları ilə tanınır.

"Elə bil yalnız "Pervı Kanal"a ("Birinci Kanal") baxmaq əmri verilib... Bu, vətəndaşlarımızın  yaddaş korşalmasıdır. Yadımdadır, bir neçə il əvvəl Debaltseve hücumu olanda, məncə, "Birinci", "İkinci" və NTV kanallarında, hamı televiziya aparıcısı-təbliğatçısı Vladimir Solovyovun bir süjetini nümayiş etdirirdi. Anasının gözü önündə çarmıxa çəkildiyi iddia edilən oğlan haqqında danışan bədbəxt bir qadın haqqında. Amma hamımız xatırlayırıq ki, sonradan bunun dəhşətli saxtakarlıq, dəhşətli yalan olduğu ortaya çıxdı", - deyə senator vurğulayıb.

Xatırladaq ki, Lyudmila Narusova teleaparıcı Kseniya Sobçakın anasıdır. Bir vaxtlar Vladimir Putin Sankt-Peterburqda onun ərinin köməkçisi olub. 

"Heç olmasa rus əsgərlərinin cəsədlərini yığın, itlər yeyir" - Rusiyalı senatordan tələb