Hava nə vaxtadək belə olacaq? - Açıqlama 

Hava nə vaxtadək belə olacaq?

Hava nə vaxtadək belə olacaq? - Açıqlama 

Bu gün axşama doğru yağıntılar tədricən kəsiləcək.

Polemika.az-ın məumatına görə, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

G.Məmmədovanın sözlərinə görə, əsasən cənub və şərq rayonlarında yağıntılı hava şəraiti qeydə alınıb, sulu qar, qar yağıb.

"Belə hava şəraiti bu gün ərzində davam edəcək. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi müşahidə olunur. Havanın temperaturunun günorta saatlarında 2-4 dərəcədən yüksək olacağı gözlənilmir. Yanvarın 18-də paytaxtda və digər bölgələrdə yağıntısız hava şəraiti müşahidə olunacaq ", - deyə o bildirib. 

Hava nə vaxtadək belə olacaq? - Açıqlama