Gələn il üçün yaşayış minimumu müəyyənləşdiriləcək

Gələn il üçün yaşayış minimumu müəyyənləşdiriləcək

Gələn il üçün yaşayış minimumu müəyyənləşdiriləcək

2023-cü il üçün yaşayış minimumu müəyyənləşdiriləcək.

Polemika.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə” sərəncamda əksini tapıb.

Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi 2022-ci il üçün dəqiqləşdirilmiş, 2023-cü il və sonrakı üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin, ümumi və əhalinin əsas sosial demoqrafik qrupları üzrə yaşayış minimumunun 2023-cü il üçün ilkin proqnozlarını 2022-ci il martın 1-dək, dəqiqləşdirilmiş variantını və növbəti il üçün dövlət büdcəsinin layihəsi ilə uyğunlaşdırmaq məqsədilə dövlət investisiya proqramının istiqamətlər üzrə layihəsini 2022-ci il avqustun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidir.

Gələn il üçün yaşayış minimumu müəyyənləşdiriləcək