Evi tərk edən 5 COVID xəstəsi saxlanıldı

Evi tərk edən 5 COVID xəstəsi saxlanıldı

Evi tərk edən 5 COVID xəstəsi saxlanıldı

Noyabrın 17-də polis əməkdaşları tərəfindən respublika ərazisində 5 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. 

Daxili İşlər Nazirliyindən (DİN) Polemika.az-a verilən məlumata görə, polis əməkdaşları “COVID-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb.

Tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. 

Evi tərk edən 5 COVID xəstəsi saxlanıldı