“Evdə döyülən uşaq məktəbdə də döyülməsə, sakitləşmir” - Qalmaqallı açıqlama 

“Evdə döyülən uşaq məktəbdə də döyülməsə, sakitləşmir”

“Evdə döyülən uşaq məktəbdə də döyülməsə, sakitləşmir” - Qalmaqallı açıqlama 

Son zamanlar hər gün müəllim-şagird qalmaqalı ilə bağlı xəbərlər eşidirik. Müntəzəm olaraq müxtəlif tədris müəssisələrində bu hallara rast gəlinir. Müəllimlərlə şagirdlər yola getməyə çətinlik çəkirlər. Belə demək mümkündürsə, şagirdlər müəllimləri dinləmək, müəllimlər isə şagirdləri anlamaq istəmirlər. Obrazlı desək, birinin sözü digərinin boğazından keçmir.

Ekspertlər bunu müxtəlif səbəblərlə izah edirlər. Hətta müəllimin sovet dövründəki kimi pak varlıq olmadığını iddia edənlə də var. Onların fikrincə, ilk növbədə müəllim özü öz nüfuzunun qeydinə qalmalıdır.

Təhsil eksperti Elşən Qafarova Polemika.az-a açıqlamasında deyib ki, ümumtəhsil məktəblərində baş verən neqativ halların əsas səbəbi nizamnamənin olmamasıdır:

“Sovet dövründə də nizamnamə yox idi. Lakin bu dərəcədə deyildi. Həmin dövrdə cəmiyyətdə tərbiyyə sistemi mövcud idi. Tərbiyyə sistemi aradan qalxıb. Bu da məsələnin bir tərəfidir.

Nizamnamədə məktəbin idarə olunması kimi məsələlər öz əksini tapır. Nizamnamədə təhsil alanın, təhsil verənin, valideynin hüquqları və vəzifələri, məsuiyyəti öz əksini tapır. Bu olduqda artıq valideyn uşağını məktəbə gətirən zaman hansı sinifdə olursa, olsun məktəbin nizamnaməsi ilə tanış oluqdan sonra uşağın sənədlərini ona verir. Bundan sonra hər hansı neqativ hal baş verəndə kimsə qayıdıb deyə biməz ki, məlumatım yox idi”.

 Ekspertin sözlərinə görə, digər bir problem Təhsil Nazirliyinin təhsil müəssisələrini idarə etmək iqtidarında olmamasıdır:

“Hazırda Təhsil Nazirliyi təhsil müəssisələrini idarə etmək iqtidarında deyil. Səbəb ondan ibarətdir ki, təhsillə birbaşa bağlı olmayan insanlar bu gün idarəetmə sistemindədir. Xaricdə təhsil aldığına görə, kriteriyalara  cavab verdiyi üçün işə götürülür. Lakin bu doğru yanaşma deyil. Bu da öz mənfi nəticəsini göstərməkdədir. Başqa bir səbəb də odur ki, təhsili idarəetmə orqanlarının hüquq və vəzifələri məlum deyil.

İkinci ən böyük problem məktəblərdə metodik işinin aparılmamasıdır. Təhsil Nazirliyi hər hansı neqtiv hal baş verən kimi çaışır ki, bu hallar açıqlanmasın. Çünki neqtiv halların üstü açıldıqca, hamı görürük ki, bu cür hallar nə qədər çox imiş”.

E.Qafarov qeyd edib ki, fiziki cəzanın tətbiq edilməsinə qarşıdır:

“Biz demirik ki, fiziki cəza tətbiq olunsun. Bütün proseslər nizamnamə və qayda-qanunun, nəzarət sisteminin olmamasından qaynaqlanır. Gəlin araşdıraq, müəllimi o vəziyyətə gətirən o uşaq, o şagird evdə necədir? Bir uşaq evdə söyülürsə, o uşaq məktəbdə söyülməsə, nizam-intizam olmur. Evdə döyülən uşaq məktəbdə də döyülməsə, sakitləşmir. Evdə doğru-düzgün tərbiyyə almış şagirdə isə bir kəlmə də bəs edir. Hər şeyi məktəbin, müəllimin üzərinə atmaq olmaz”.

Nəzrin Vahid 

 

 

“Evdə döyülən uşaq məktəbdə də döyülməsə, sakitləşmir” - Qalmaqallı açıqlama