Ermənistan və onun havadarları səhv etdilər - Azərbaycan Prezidenti

Ermənistan və onun havadarları səhv etdilər

Ermənistan və onun havadarları səhv etdilər - Azərbaycan Prezidenti

Ermənistan və onun havadarları bu işğalı əbədi etmək istəyirdilər. Onlar hesab edirdilər ki, əgər 30 ilə yaxın bizim torpağımızı işğal altında saxlaya biliblərsə, bundan sonra da torpaqları əbədi olaraq işğal altında saxlayacaqlar. Amma səhv etdilər.

Polemika.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də - Zəfər Günündə Şuşada hərbçilərin qarşısında çıxışı zamanı söyləyib.

Dövlət başçısı deyib: “Onlar bilməli idilər ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq. Bilməli idilər ki, biz düşməni torpağımızdan nəyin bahasına olursa-olsun qovacağıq. Buna hazır olmalı idik, xalq olaraq, dövlət olaraq, bütün hazırlıq işləri vaxtlı-vaxtında aparılmalı idi və aparılmışdır”.

Bu illər ərzində güclü hərbi-texniki potensial yaradıldığını vurğulayan dövlətimizin başçısı qeyd edib ki, ən müasir silahlar, sursatlar, texnikalar ölkəmizə gətirildi və hərbçilər tərəfindən bu texnika layiqincə istifadə olundu. İkinci Qarabağ müharibəsi bunun əyani sübutudur.

Ermənistan və onun havadarları səhv etdilər - Azərbaycan Prezidenti