Ermənilərin yolumuzu kəsməsi - Deputat: "Onlarla necə davranacağımızı gözəl bilirik”

Ermənilərin yolumuzu kəsməsi - Deputat: "Onlarla necə davranacağımızı gözəl bilirik”

Ermənilərin yolumuzu kəsməsi - Deputat: "Onlarla necə davranacağımızı gözəl bilirik”

“Son günlər Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə separatçıların yenidən aktivləşməsi, ayrı-ayrı insidentlər, səngərlər qazmağa cəhd edilməsi, terrorçu Vitali Balasanyanın təşəbbüsü ilə Qarabağda mülki sakinlərin atəş hazırlığı hərbi təlimlərinə cəlb edilməsi prosesi kimi təxribatçı addımlar qarşısında Rusiya sülhməramlıların hərəkətsizliyi təəccüb və təəssüf doğurur”.

Bu sözləri Polemika.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O, bölgədə baş verən hadisələri şərh edərkən deyib:

“Hadisələr bu cür davam edə bilməz və görünür, 2020-ci ildə olduğu kimi, indi də Azərbaycanın sülhyaratma missiyasını öz üzərinə götürüb təxribatın qarşısını almaq, eləcə də təxribatçıları məhv etmək üçün bölgədə antiterror əməliyyatları keçirməsi zərurətə çevrilə bilər. 44 gündə 30 illik işğala son qoyan Azərbaycan Silahlı Qüvvələrinin cəmi bir birləşməsinə 10 noyabr bəyanatının şərtlərinin güc yolu ilə təmin edilməsi üçün bir neçə saat kafidir. Bu məsələdə hüquq da, ədalət də Azərbaycanın tərəfindədir. Sadəcə, Azərbaycan 10 noyabr Moskva, 11 yanvar və Soçi bəyanatlarında atılan imzalara hörmətlə yanaşaraq gərginlik istəmir. Lakin digər tərəflər də imzalarına hörmətlə yanaşsın.

Ermənistan heç, onlar nə adları, nə imzalarına hörmətlə yanaşan toplum və dövlətdir. Amma Rusiya sülhməramlıların hərəkətsizliyi qəbul edilməzdir və bu mövqe hər kəsdən öncə rəsmi Moskvanın maraqlarına cavab vermir”.

Deputat vurğulayəb ki, Azərbaycan bu gün Qafqazda balansı qoruyaraq Rusiya ilə ən sağlam əsasa malik yeganə bərabərhüquqlu tərəfdaşdır:

“Rusiya rəhbərliyi də bilir ki, Prezident Əliyev milli maraqlarımızı rəhbər tutaraq heç vaxt heç bir qonşusunun maraqları ziddinə addımlar atmayıb, o cümlədən Risiyaya ikili standartlarla yanaşmayıb. Ona görə də, Kremldə Azərbaycana və Azərbaycan rəhbərliyinə böyük ehtiram mövcuddur. Gizli deyil ki, 44 günlük müharibədə və sonrakı dövrdə Vladimir Putinin sərgilədiyi rəsmi siyasi mövqe bizi qane edib.

Sülhməramlıların komandanlığı da fəaliyyətlərində məhz bu siyasi xətti rəhbər tutmalıdır. 10 noyabr bəyanatının şərtlərinə görə, Azərbaycan ərazisində erməni silahlısı qalmamalı, onların çıxarılması ilə paralel olaraq Rusiya sülhməramlıları yerləşdirilməli idi. Amma bu gün Xankəndində həm erməni əsgəri, həm də rus sülhməramlısı mövcuddursa, bu, artıq Rusiyanın özünün ifadə etdiyi iradəyə zidd olaraq bəyanatın şərtinin pozulması deməkdir. Xankəndidə ya sülhməramlı qalaraq öz dövlətinin imzasına hörmətlə yanaşıb mövcud vəziyyətə müdaxilə etməli, ya da yalnız erməni əskəri qalmalıdır ki, biz də onlarla necə davranacağımızı gözəl bilirik”.

Rafi MÜSLÜMOV

Ermənilərin yolumuzu kəsməsi - Deputat: "Onlarla necə davranacağımızı gözəl bilirik”