Ermənilərin bu təxribatına cavab verilməlidir - Video

Ermənilərin bu təxribatına cavab verilməlidir - Video

Ermənilərin bu təxribatına cavab verilməlidir - Video

Müharibə bitib informasiya müharibəsi isə davam edir. Burada da Ermənistan lobbisi təxribatlardan əl çəkmək bilmir və ya əl çəkmək istəmir. Bu dəfə ABŞ-da yayımlanan bir teleserialda Azərbaycana qarşı təxribata yol verilib. Filmdə səhnələşdirilən erməni ailələrinin toyunda ata öz oğlunu torpaqları azad etmək üçün Ermənistana göndərəcəyini deyir.

“Polemika.az” xəbər verir ki, ABŞ telekanalında yayımlanan serialda Azərbaycana qarşı təxribata yol verilib.

FOX telekanalında yayımlanan ''The Cleaning Lady'', yəni ''Xadimə'' serialının 3-cü bölümündə iki erməni əsilli ailənin toyu səhnələşdirilib. Həmin səhnə zamanı oğluna toy edən erməni aktyor Azərbaycanın ərazi bütövlüyünə zidd çıxışlar edir.

Aktyor oğluna xitabən bildirir: ''xalqımız bu qədər kədər və itkilər yaşayıb. Bizim harada olmağımızdan, hara getməyimizdən asılı olmayaraq, Ermənistan həmişə bizim evimiz olacaq. Buna görə də fəxrlə bildirirəm ki, torpağımızı Azərbaycandan geri almağımız üçün oğlum Tariki erməni ordusuna göndərirəm. Əminəm ki, biz hamımız onunla fəxr edəcəyik''.

Səhnədən görünür ki, aktyor açıq şəkildə məğlubiyyətlə barışmır. Bu azmış kimi o, böyük ermənistan xülyası ilə yaşayır.

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev ''Xəzər Xəbər''ə bildirib ki, aidiyəti təşkilatlar ABŞ telekanalının bu təxribatçı addımına reaksiya verməlidir.

Ayaz Salayevin fikirlərinə görə, Azərbaycanda film sektorunda ölkə həqiqətlərinin dünyaya çatdırmasına diqqət artırılmalıdır.

Qeyd edək ki, "Xadimə" serialının ciddi izləyici kütləsi var. Sözügedən serial izləyicilər tərəfindən çoxdan gözlənilən ekran əsərlərindən biri olub. Belə ki, həmin serial Filippin əsilli, əvvəllər həkim olan və indi ABŞ-da yaşayan Thony De La Rosa adlı bir xanımın həyat hekayəsindən bəhs edir. Həmçinin serialda baş verən qətl hadisəsi pul qarşılığında gizlədilir. Çəkilişlərin 2019-cu ildə olması planlaşdırılsa da, pandemiya səbəbindən onun premyerası 2022-ci ilin yanvarında baş tutub.

Onu da qeyd edək ki, bu ABŞ telekanallarının etdiyi ilk təxribat deyil. Bundan əvvəl isə ''FOX NEWS'' telekanalının Los-Anceles şöbəsinə sızan erməni işçi Gürcüstan və Azərbaycan torpaqlarını Ermənistan ərazisi kimi təqdim etmişdi.

Ermənilərin bu təxribatına cavab verilməlidir - Video