Dövlət başçısı 2 dəfə virusa yoluxdu

Dövlət başçısı 2 dəfə virusa yoluxdu

Dövlət başçısı 2 dəfə virusa yoluxdu

Meksika prezidenti Andres Manuel Lopes Obradorun koronavirus testi müsbət çıxıb.

Polemika.az xəbər verir ki, özünü təcrid edən siyasətçi bu barədə öz "Twitter" səhifəsində məlumat yayıb:

“Sizə bildirirəm ki, COVID-19-a yoluxmuşam və simptomlar yüngül olsa da, təcrid olunmuş vəziyyətdə qalacağam, ofis işləri ilə məşğul olacaq və virtual ünsiyyət quracağam”.

Prezident, həmçinin bildirib ki, xəstəliyi zamanı onu daxili işlər naziri Adan Aqusto Lopes Ernandes əvəz edəcək.

2021-ci ilin dekabrında Meksika prezidenti "AstraZeneca" koronavirus peyvəndinin üçüncü dozasını aldı; 68 yaşlı dövlət başçısına mətbuat konfransı zamanı gücləndirici vaksin verilib.

Eyni zamanda, demək olar ki, bir il əvvəl prezident artıq kovid xəstəsi idi: Lopes Obrador 24 yanvar 2021-ci ildə koronavirusa yoluxduğunu elan ediv. Onun sözlərinə görə, o zaman da infeksiyanın yaratdığı xəstəliyin yüngül simptomları var idi.

Dövlət başçısı 2 dəfə virusa yoluxdu