Div gələr, sizi yeyər: Dünya siyasətindəki “Xoxan” obrazı…

Div gələr, sizi yeyər: Dünya siyasətindəki “Xoxan” obrazı…

Div gələr, sizi yeyər: Dünya siyasətindəki “Xoxan” obrazı…

Ukrayna tərəfinin Rusiyanın gizli sənədlərinə əsasən verdiyi bəyanat belədir ki, müharibə 6 martda başa çatacaq. Lakin belə deyil. Putin İsrailin baş naziri Naftali Bennetlə telefon danışığı zamanı konkret mövqeyini bəyan etdi və öz prinsipindən geri çəkilməyəcəyini bildirdi. 

Rusiyanın təhlükəsizlik marağı nədən ibarətdir:

1. Ukrayna neytral və qeyri-nüvə ölkəsi olmalıdır. 

2. Ukrayna rəhbərliyi Donetsk və Luqanskın müstəqilliyini tanımalıdır.

Həlli ağır prinsiplərdir. Qərb 1-ci bəndin reallaşmasına imkan verməyəcək. 1997-ci ildə olduğu kimi NATO-nun Şərqə doğru genişlənməyəcəyi vəd verilə bilər. Lakin Putin sənədin imzalanmasını tələb edəcək.

2-ci bəndin reallaşması isə hakimiyyətdə yalnız Rusiyanın kadrı olsaydı, baş tuta bilərdi. Ukraynanın hazırkı prezidenti Zelenski buna getməyəcək.

Bir sözlə, müharibə uzanacaq. Qısa dövr üçün atəşkəs elan edilib danışıqlara başlana bilər. Lakin belə anlaşıldı ki, Putinin bu məsələnin həllində geri çəkilmək niyyəti yoxdur. El dili ilə deyilərsə, girdiyi palçıq üz qarası olar.

Putinə narahatlıq yaradan məsələ biznesmenlər ola bilər. Lakin hakimiyyətə gələndə xariclə kiçik bağlılığı olan biznesmenləri neytrallaşdırdı. Müxalifətə maliyyə ayırmayacaqlarına, hökumətin layihələrində birgə iştirak edəcəklərinə söz verən Qusinski və Abramoviç tipli biznesmenler sadiqlik andı içdilər. Putin hər ehtimala qarşı 2 gün əvvəl iş adamları ilə görüş təşkil edib üstüörtülü çaşmamaq mesajını çatdırdı.

Nə baş verəcək:

1. Müharibə dayanan zaman Rusiya Ukraynada aksiyalar təşkil etdirəcək. Hakimiyyətin dəyişilməsi üçün.

2. Müharibə dövrü Ukraynaya silah satışını həyata keçirən ölkələrə dair konsepsiya işləniləcək. Qaz satışının qiyməti artırılacaq, hakimiyyət dəyişikliyi üçün tədbirlər həyata keçiriləcək və s.

3. Sanksiyalar 2 il müddətində getdikcə yumşalacaq, hava məkanları açılacaq. Türkiyə və Çinin Rusiya ilə ticarət dövriyyəsi artacaq. 

4. Dağıntılar görən Ukrayna sakinləri gələcəkdə bu məsələyə həssas yanaşacaq, indiki günlərin bir daha təkrarlanmaması üçün mənəvi dirəniş göstərəcək.

5. Ukrayna NATO-ya qəbul edilməyəcək. (Ərazilərin kurasiya məsələsi bölüşdürülüb, belə insidentlər əsas konsepsiyanı pozmur).

6. Rusiyanın çökməsi qlobalistlərin marağında deyil. 

Sonuncu bəndə dair fikrimi yazım, sizi çox narahat etməyim. 2-ci dünya müharibəsindən sonra Avropa ölkələrinin  təsir dairəsində saxlanması üçün Britaniyanın baş naziri U. Çörçill Avropa İttifaqının yaradılmasını təklif etdi. Həmin ölkələrin cızığından çıxmaması üçün xoxan obrazı da yaradılmalı idi. Bu da Rusiya seçildi: "Div gələr, sizi yeyər". Avropa həm təsir dairəsində oldu, həm də sərfəli bazar idi. ABŞ okeanın o tərəfində mallarını kasıb argentinalılara satmalı deyildi ki?! "Xoxan" obrazı genişləndi. Dünyanı tam əhatə etməyə  strateji ölkələr müəyyənləşdi və hər birinin cızığından çıxmaması da unudulmadı, yanlarına xoxan qoyuldu. Cənubi Koreyanın yanına Şimali Koreya, Pakistanın yanına Hindistan tipli ölkələr və s. Təbii ki, ərazi mübahisəsi tipli münaqişə yaradılmaqla. Bununla da Cırtdan daim qorxmalıdır. Qorxmasa, nənəsinin yağ yaxmacını əlindən alarlar.

Rusiyaya gəlincə, bu illər ərzində elə bir münbit şərait yaradardı ki, ölkələr onunla yaxınlaşmağa can atardılar. Təəssüf ki, ölkələrin ərazi bötövlüyünü yaralamaqla, təsirini saxlamağa meyilli oldu. 

Azər Qismət

Div gələr, sizi yeyər: Dünya siyasətindəki “Xoxan” obrazı…