Deputatdan dövlət qurumuna İTTİHAM: "300 mlyonun hara xərcləndiyi məlim deyil"
Deputatdan dövlət qurumuna İTTİHAM: "300 mlyonun hara xərcləndiyi məlim deyil"
“Büdcənin təhsillə bağlı 7.4.8 bəndində Təhsil sahəsində “digər müəssisə və tədbirlərə” 1,2 milyard manat vəsait nəzərdə tutulur. Maliyyə nazirliyindən xahiş edirəm ki, bunun açılışını bizə təqdim etsin. Bəlkə məktəblərin qızdırılmasının da vəsaiti bura daxildir. Yeri gəlmişkən. Bakı şəhərində 133 məktəb “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 179 məktəb fərdi qazanxana vasitəsilə, 7 məktəb isə fərdi və mərkəzləşdirilmiş qaydada isitiliklə təmin olunur. Bu günə “Azəristilik” ASC-nin Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat birliyinə 34,3 milyon manat borcu var. Biz uşaqlara necə başa salaq ki, bir əminizin kantorunun o biri əminizin kantoruna borcu olduğuna görə üşüyürsünüz?”.
Polemika.az xəbər verir ki, bunu millət vəkili Etibar Əliyev deyib.
E.Əliyev vurğulayıb ki, “Azərisitilik” deyilən bir quruma Dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılmasına baxmayaraq, borc bataqlığından çıxa bilmir.
2022-ci ilin Dövlət büdcəsindən bu quruma 41,1 milyon subsidiya ayrılması nəzərdə tutulur.
“Azəristilik” Açıq Səhmdar Cəmiyyətinin 16 ildə büdcədən aldığı 300 milyondan çox vəsaitin necə xərcləndiyi məlum deyil: “Çünki 2017-ci ildən maliyyə hesabatlarını cəmiyyətə açıqlamırlar. Deyəsən əsl nəticə büdcə budur”.