deputat "Şuşa İli"nin əhəmiyyətindən danışdı

deputat "Şuşa İli"nin əhəmiyyətindən danışdı

deputat "Şuşa İli"nin əhəmiyyətindən danışdı

“2022-ci ilin “Şuşa ili” elan edilməsi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın beynəlxalq aləmdə tanıdılması baxımından çox önəmli və müdrik bir qərardır”.

Polemika.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

M. İbrahimqızı deyib ki, 2021-ci ildə işğal altında olan torpaqlarımızın hələ minalardan tam təmizlənməməsinə, quruculuq işlərinin bitməməsinə baxmayaraq, Şuşada festivalların və beynəlxalq tədbirlərin keçirilməsi həm də dünyada erməni yalanının ifşasına yönəlmişdi:

“İşğaldan azad edilmiş Qarabağın tacı olan Şuşa ilə bağlı qəbul edilən bu qərarı zəruri ehtiyac və sosial sifariş kimi qəbul etmək olar. 2022-ci ildə təşkil olunacaq tədbirlərlə 270 il öncə Qarabağ xanı Pənahəli xanın bina etdiyi Şuşa qalası və şəhəri mədəniyyəti, tarixi və bəşər mədəniyyətinə verdiyi töhfələrlə dünyaya tanıdılmaqla erməni yalanları bir daha ifşa ediləcək”.

Deputat qeyd edib ki, Şuşa həm də Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin imzalandığı məkandır, tariximizin qızıl hərflərlə yazılmış səhifələrində qardaşlığın və dostluğun bir daha əbədiləşməsinin şahidi kimi qalacaq.

#

APA

Deputat

Məlahət İbr

deputat "Şuşa İli"nin əhəmiyyətindən danışdı