Cənubi azərbaycanlı milli fəal tutuldu

Cənubi azərbaycanlı milli fəal tutuldu

Cənubi azərbaycanlı milli fəal tutuldu

Cənubi azərbaycanlı milli fəal Məsud Qasımzadə noyabrın 13-də Təbriz şəhərində İran polisi tərəfindən heç bir məhkəmə qərarı olmadan tutularaq naməlum yerə aparılıb.

Polemika.az “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, hələlik onun hansı səbəbdən tutulması barədə heç bir məlumat yoxdur.

Məsud Qasımzadə Cənubi Azərbaycanın milli fəallarından və “Traxtur” futbol klubunun (tim) ən böyük tərəfdarlarındandır. O, ərdəbilli olsa da, hazırda Təbrizdə yaşayır.

Qasımzadə milli fəaliyyətlərinə görə İran polisi tərəfindən dəfələrlə zəng edilərək təhdidlərlə üzləşib.

Cənubi azərbaycanlı milli fəal tutuldu