Cəlilabadda polis qəza törətdi

Cəlilabadda polis qəza törətdi

Cəlilabadda polis qəza törətdi

Cəlilabad rayonunda yol qəzası baş verib.

Polemika.az xəbər verir ki, "Report"un məlumatına görə, qəza zamanı iki minik avtomobili toqquşub.

Nəticədə sürücülərdən biri Nurlan Həsənovun ayağı sınıb. O, Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Digər avtomobildə olan qadın sərnişin də xəsarət alıb.

Məlumata görə, N.Həsənov yol polisi əməkdaşıdır və qəzanı şəxsi avtomobili ilə törədib.

Faktla bağlı araşdırma aparılır. 

Cəlilabadda polis qəza törətdi