Cüdoçularımız Tel-Əvivə yollandı

Cüdoçularımız Tel-Əvivə yollandı

Cüdoçularımız Tel-Əvivə yollandı

Cüdoçularımız Tel-Əvivdə keçirilən “Böyük Dəbilqə” turnirinə yola düşüblər.

Gənclər və İdman Nazirliyindən Polemika.az-a verilən məlumata görə, Beynəlxalq Cüdo Federasiyasının (IJF) təqvimində növbəti yarışa İsrail ev sahibliyi edəcək.

Fevralın 17-19-da cüdoçularımız Tel-Əviv şəhərində keçiriləcək “Böyük Dəbilqə” turnirində medallar uğrunda mübarizə aparacaqlar.

Dünyanın 34 ölkəsindən 309 idmançının qatıldığı turnirdə Azərbaycan Milli yığma komandasına baş məşqçi Mövlud Mirəliyev və böyük məşqçi Elçin İsmayılov rəhbərlik edəcək. Komandanın üzvlərini sizə təqdim edirik:

-60 kq.

Kəramət Hüseynov

Balabəy Ağayev

-66 kq.

Yaşar Nəcəfov

-73 kq.

Rüstəm Orucov

Hidayət Heydərov

-81 kq.

Murad Fətiyev

-90 kq.

Məmmədəli Mehdiyev

Rüfət İsmayılov

-100 kq.

Zelym Kotsoyev

Elmar Qasımov

+100 kq.

Uşangi Kokauri

Mehri QURBAN

Cüdoçularımız Tel-Əvivə yollandı