"COVID pasportunun müddəti fevralda bitir" - Prezidentin köməkçisi

"COVID pasportunun müddəti fevralda bitir" - Prezidentin köməkçisi

"COVID pasportunun müddəti fevralda bitir" - Prezidentin köməkçisi

“Azərbaycanda COVID-19 pasportunun və immunitet sertifikatının müddətinə məhdudiyyət qoyulur”.

Polemika.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

"İkinci doza vaksindən 4 ay sonra immunitet zəifləyir. Hazırda istifadə olunan COVİD pasportlarının vaxtına məhdudiyyət qoyulur. Fevralın 15-dən sonra COVID pasportlarının müddəti növbət 6 ay üçün müəyyən edilir. Yəni ikinci dozadan 6 ay sonra COVİD pasportu öz qüvvəsini itirmiş olacaq. Vaxtı keçmiş COVID pasportu ilə bəzi məkanlara daxil olmaq mümkün olmayacaq”.

"COVID pasportunun müddəti fevralda bitir" - Prezidentin köməkçisi