COVID-19-lu xəstənin yasa getdiyi məlum olub

COVID-19-lu xəstənin yasa getdiyi məlum olub

COVID-19-lu xəstənin yasa getdiyi məlum olub

İsmayıllı və Ağsuda 3 koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb, onların biri yas mərasiminə gedib.

Polemika.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, aktiv koronavirus xəstələri reyd zamanı aşkar edilib.

Şəki şəhər sakinləri Ruslan Kərimov və Rəhman Şamxalova COVID-19 testlərinin nəticələri pozitiv olduğu üçün onlara ev şəraitində müalicə təyin olunub, lakin onlar karantin rejiminin qaydalarına riayət etməyiblər.

Ağsunun Kəndoba kənd sakini Üzeyir İsmayılovun da yaşadığı ünvanı tərk edib. Onun infeksiyaya yoluxduqdan sonra yas mərasiminə getdiyi və oradakı digər şəxslərin də sağlamlığı üçün real təhlükə yaratdığı məlum olub.

Ü.İsmayılov barəsində Ağsu RPŞ-də cinayət işi başlanılıb.

 

COVID-19-lu xəstənin yasa getdiyi məlum olub