Çavuşoğlu: "Ankara üçün danışıqların yeri yox, faktın özü önəmlidir"

Çavuşoğlu: "Ankara üçün danışıqların yeri yox, faktın özü önəmlidir"

Çavuşoğlu: "Ankara üçün danışıqların yeri yox, faktın özü önəmlidir"

"Rusiya ilə Ukraynanın bir görüşündən möcüzə gözləmək olmazdı".

Polemika.az xəbər verir ki, bunu Türkiyə XİN-in rəhbəri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Lavrov və Kuleba arasında görüş asan olmayıb. "Amma mədəni idi, heç bir gərginlik yox idi. Rusiya və Ukrayna zirvə görüşünün prinsipcə əleyhinə deyil. Türkiyə bütün məsələlərin Lavrov-Kuleba görüşü ilə həll olunacağını gözləmirdi".

Çavuşoğlu vurğulayıb ki, Türkiyə Rusiya və Ukrayna arasında növbəti görüşə ev sahibliyi etməyə hazırdır.

"Ukrayna Rusiya ilə Türkiyədə danışıqlar aparmaq istəyirdi, Ankara üçün danışıqların yeri yox, faktın özü önəmlidir", - deyə Çavuşoğlu qeyd edib.

Çavuşoğlu: "Ankara üçün danışıqların yeri yox, faktın özü önəmlidir"