"Bəyannamə Rusiyanın sərt münasibətinə məruz qalmayacağımıza təminat verir" - Siyasi şərhçi

"Bəyannamə Rusiyanın sərt münasibətinə məruz qalmayacağımıza təminat verir"

"Bəyannamə Rusiyanın sərt münasibətinə məruz qalmayacağımıza təminat verir" - Siyasi şərhçi

Fevralın 22-də Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalanıb. Bəyannamə formalaşan və situativ dəyişikliklərlə müşayiət olunan yeni dünya nizamında Azərbaycan-Rusiya münasibətlərinin fazasını müəyyən edir və ikitərəfli əməkdaşlığa yeni təməllər atır.

Həmçinin, Azərbaycanla Rusiya arasında müttəfiqlik Ermənistana böyük zərbədir. Artıq Ermənistan müttəfiqlik əlaqələri, üçüncü tərəfin mübahisələrə cəlb edilməsi kimi məsələlərdən sui-istifadə edə bilməyəcək.

Mövzu ilə bağlı Polemika.az-a danışan siyasi şərhçi Azər Həsrət bildirib ki, bu bəyanamə Rusiya-Azərbaycan münasibətlərinin bundan sonrakı uğurlu inkişafı və təhlükəsizliyin qorunub saxlanılmasın öz müsbət təsirini göstərəcək:

“Hər şeydən öncə xüsusi vurğulamalıyıq ki, Bəyanamə xüsusilə qonşu dövlətlərlə problemlər yaşayan Rusiyanın Azərbaycana münasibətinin neytrallaşdırılması baxımından çox əhəmiyyətlidir. Ukrayna hadisələri fonunda Azərbaycanın belə bir bəyannaməyə nail olması, bu sənədi imzalaması ölkəmizin uzunmüddətli perspektivdə Rusiya tərəfindən hər hansı sərt münasibətə məruz qalmayacağına təminat verir. Bu məsələnin birinci tərəfidir”.

Azər Həsrət qeyd edib ki, Ermənistanın tərəfdaşı olan ölkənin Azərbaycanla müqavilə imzalaması düşmən ölkəyə ciddi zərbədir:

“İkinci tərəfdən, Ermənistan konteksindən yanaşanda görürük ki, artıq dünən – Bəyannamə imzalandıqdan dərhal sonra Ermənistan müxalifəti Paşinyan hökümətini istefaya çağırdı ki, Azərbaycan Ermənistanın tərəfdaşı olan dövlətlə münasibətləri daha üstün səviyyəyə çıxarmaqla Ermənistanı qapı arxasında qoymuş olub. Yəni Rusiyanın Ermənistana tərəfdaş dövlət kimi münasibətləri Azərbaycanla imzalanan bu bəyannamə fonunda arxa plana keçib. Azərbaycan bu mərhələdə daha üstün mövqeyə nail ola bilib.

Ümumilikdə baxanda Bəyannamə Rusiya ilə Azərbaycan arasında uzunmüddətli persketvlik baxımından çox əhəmiyyətlidir. Çünki Qərbin yanaşmaları birmənalı olaraq onu göstərir ki, onlar dost kimi gödüklərini meydanda tək buraxırlar. Elə sonuncu Ukrayna hadisəsi də bunun sübutudur. Bu baxımdan da Azərbaycanın Bəyanaməni imzalaması ümumilikdə təhlükəsizlik məsələlərimizin kökündən həll edilməsi baxımından çox əhəmiyyətlidir”.

Əsmətxanım Rzazadə

 

"Bəyannamə Rusiyanın sərt münasibətinə məruz qalmayacağımıza təminat verir" - Siyasi şərhçi