Bəxtiyar Hacıyev özünü yandırmaq istəyib - RƏSMİ

Bəxtiyar Hacıyev özünü yandırmaq istəyib - RƏSMİ

Bəxtiyar Hacıyev özünü yandırmaq istəyib - RƏSMİ

Bəxtiyar Hacıyev bu gün saat 14:30 radələrində özünə məxsus avtomobillə DİN-in inzibati binasının qarşısına gəlib. 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Mətbuat xidmətindən Polemika.az-a verilən məlumatda bildirilib.

“Polis əməkdaşları ona yaxınlaşaraq həmin yerdə dayanma-durmanın qadağan olduğunu bildiriblər. Bəxtiyar Hacıyev isə maşındakı yanar mayeni göstərərək özünü də, avtomobili də yandıracağını deyib. Buna görə də polis əməkdaşları müdaxilə etmək məcburiyyətində qalıb və qapını açaraq həmin yanacağı maşından götürüblər. Bununla da polislər baş verə biləcək hadisənin qarşısını alıblar.

Bəxtiyar Hacıyev isə etirazının səbəbinin araşdırılması məqsədilə müvafiq polis idarəsinə aparılıb. Hazırda araşdırma davam etdirilir”, - rəsmi məlumatda vurğulanıb. 

Bəxtiyar Hacıyev özünü yandırmaq istəyib - RƏSMİ