"Bütün oyunçular "Qarabağ"la matça hazırdır" - Rəqib baş məşqçi

"Bütün oyunçular "Qarabağ"la matça hazırdır"

"Bütün oyunçular "Qarabağ"la matça hazırdır" - Rəqib baş məşqçi

“Sıx qrafiklə oyunlar keçirəcəyimiz dövrə qədəm qoyuruq. Klubun məqsədlərinə çata bilmək üçün rotasiyalar etməli olacağıq".

Polemika.az xəbər verir ki, bu sözləri  “Marsel”in baş məşqçisi Xorxe Sampaoli Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək oyunöncəsi mətbuat konfransında deyib.

Argentinalı məşqçi “Velodrom” stadionunda baş tutacaq ilk qarşılaşma ilə bağlı bu fikirləri səsləndirib: “Bütün oyunçular "Qarabağ"la matça hazırdır. Hamıya eyni dərəcədə əhəmiyyət veririk. Bütün futbolçular oynamaq üçün hər zaman hazır olmalıdırlar".

Sampaoli istefaya göndəriləcəyi ilə bağlı yayılan söz-söhbətlərə də münasibət bildirib: “Futbolda baş məşqçinin taleyini nəticələr müəyyən edir. Biz buna görə mühakimə olunuruq. Qalib gəlmədikdə meydanda baş verənlərə görə günahkar oluruq. Təzyiqlə hər yerdə qarşılaşmışam. Amma hər dəfə bir müddət postumda qalmaq mənə qismət oldu. Məqsədim həmişə oyun fəlsəfəmi möhkəmləndirməkdir. Lakin nəticələr bizim peşəmizi həssas edir”.

Qeyd edək ki, sabah keçiriləcək “Marsel” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

"Bütün oyunçular "Qarabağ"la matça hazırdır" - Rəqib baş məşqçi