“Burunlarını soxmasınlar” - Nahidədən paltarını tənqid edənlərə CAVAB

“Burunlarını soxmasınlar” - Nahidədən paltarını tənqid edənlərə

“Burunlarını soxmasınlar” - Nahidədən paltarını tənqid edənlərə CAVAB

"Bəzi insanlar həqiqətən öz fikirlərini yaxşı başa sala bilmirlər, cümlələrini düzgün seçə bilmirlər və ya sadəcə öz mənfəətlərini fikirləşirlər. Loru dildə desək, eşələyib başqa şeylər axtarmağı onlara yaraşdırmadım".

Polemika.az xəbər verir ki, bu sözləri "Altın Kelebek"i qazanan müğənni Nahidə Babaşlı deyib.

Müğənni tənqidə açıq insan olduğunu bildirib. O qeyd edib ki, səhnə fəaliyyətinə başladığı ilk günlərdən söz-söhbətlər bitmir:

"Çox başım ağrıdı. Həm Türkiyədə fəaliyyət göstərməyim, türk dilində mahnı yazıb-oxumağıma görə... Mən bir yerdən sonra dedim ki, "bəsdir də, özünü yorma, heç kimə özünü zorla bəyəndirə bilməyəcəksən”. Bir şey tapmaq istəyən həmişə nəsə tapıb deyəcək. Ona görə mənim heç özümü yormağımın mənası yoxdur. Belə neqativ insanların mənim nailiyyətimə kölgə salmasına heç vaxt icazə vermərəm. Başqasının həyatına burunlarını soxmasınlar". 

“Burunlarını soxmasınlar” - Nahidədən paltarını tənqid edənlərə CAVAB