Bu universitetdə 50 yeni kafedra müdiri seçildi
Bu universitetdə 50 yeni kafedra müdiri seçildi
Bakı Dövlət Universitetində kafedra müdiri seçkiləri başa çatıb.
Bu barədə Polemika.az-a BDU-dan məlumat verilib.
Seçkilər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2017-ci il 15 noyabr tarixli 5/5 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na uyğun olaraq səsvermə yolu ilə keçirilib.
Qeyd edək ki, ümumilikdə BDU-nun 50 kafedrasına yeni müdir seçilib.
Nəzrin Vahid