Bu ölkədə “iPhone 16” modellərinin satışı QADAĞAN olundu

Oct 29, 2024 - 08:25
 0
Bu ölkədə “iPhone 16” modellərinin satışı QADAĞAN olundu
Bu ölkədə “iPhone 16” modellərinin satışı QADAĞAN olundu

İndoneziya “Apple”ın investisiya vədlərini yerinə yetirməməsi səbəbilə “iPhone 16”nın satışını qadağan edib.

Lent.az xəbər verir ki, İndoneziya hökuməti “Apple”ın ölkəyə qoyduğu sərmayələri tamamlamasını gözləyir.

Şirkətin İndoneziyada “Apple Akademiyaları” yaratmaq və yerli istehsal müəssisələri açmaq planları var.

Lakin “Apple” hələ də vəd etdiyi sərmayəni tam ödəmədiyi üçün İndoneziya hökuməti “iPhone 16”nın satışını qadağan edib.

İndoneziya vətəndaşları “iPhone 16”nı xaricdən gətirə biləcəklər. Ancaq bunun üçün vergi ödəməli və telefonu başqa ölkəyə satmamalıdırlar.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow