Fiziki şəxslərin gəlir vergisi üzrə proqnoz artırılır

Oct 16, 2024 - 14:57
 0
Fiziki şəxslərin gəlir vergisi üzrə proqnoz artırılır

2025-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 1 milyard 989 milyon manatının və yaxud 5,2 %-nin fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

polemika.az Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 9,9 % çoxdur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow